Bakı. 27 fevral. REPORT.AZ/ Somalinin paytaxtı Moqodişoda otelə hücum nəticəsində 14 nəfər həlak olub.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, ölənlər arasında 9 dinc sakin və 5 terrorçu var, daha 30 nəfər yaralanıb.
Polisin məlumatına görə, terrorçu-kamikadze minalanmış avtomobili prezident iqamətgahı yaxınlığında yerləşən SYL mehmanxanasının girişində partladıb. Otelin mühafizə xidmətinin əməkdaşları ilə atışmadan sonra bir qrup terrorçu otelin binasına daxil olub.
İnsidentə görə məsuliyyəti "Əş-Şabab" terror qruplaşması öz üzərinə götürüb.




