Somalidə Cəlalaksi kəndindəki kafedə partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Onların sözlərinə görə, partlayış nəticəsində azı 10 nəfər ölüb, daha 9 nəfər yaralanıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.