Somalidə iki terror aktı nəticəsində 16 nəfər ölüb

Somalidə iki terror aktı nəticəsində 16 nəfər ölüb Bakı. 14 oktyabr. REPORT.AZ/ Somalinin Baydabo şəhərində terrorçu-kamikadzelər tərəfindən törədilən iki partlayış nəticəsində 16 nəfərədək adam ölüb, təqribən 20-si xəsarət alıb.
Digər ölkələr
14 Oktyabr , 2018 01:48
Somalidə iki terror aktı nəticəsində 16 nəfər ölüb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Somalinin Baydabo şəhərində terrorçu-kamikadzelər tərəfindən törədilən iki partlayış nəticəsində 16 nəfərədək adam ölüb, təqribən 20-si xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli polis nümayəndəsinə istinadən AFP məlumat yayıb.

Bildirilir ki, restoranda törədilən birinci partlayış nəticəsində 7 nəfər həyatını itirib. Kafedə baş verən digər partlayış zamanı isə 9 nəfər ölüb.

Qeyd olunur ki, bəzi zərərçəkənlər ciddi xəsarət alıblar.

Xatırladaq ki, oktyabrın 13-də Əfqanıstanda seçkiqabağı tədbirdə onlarla insanın ölümü ilə nəticələnən üç partlayış baş verib.

Son xəbərlər

Orphus sistemi