Somalidə hərbçilərə qarşı terror aktı törədilib, ölənlər var

Somalidə hərbçilərə qarşı terror aktı törədilib, ölənlər var Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib.
Digər ölkələr
26 Aprel , 2022 04:43
Somalidə hərbçilərə qarşı terror aktı törədilib, ölənlər var

Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Banadir rayonunda hərbi maşın keçərkən partlayıcı qurğu işə salınıb.

İlkin məlumata görə, partlayış nəticəsində 7 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidəki bəzi mağazalara ziyan dəydiyi əks olunub.

Partlayışa görə məsuliyyəti “Aş-Şabab” terror təşkilatı üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi