Yuxarı

Somalidə hava limanında güclü partlayış olub, 13 nəfər həlak olub - YENİLƏNİB

İçərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil Afrika Birliyinin sülhməramlı bazası yaxınlığında partladılıb

Bakı. 26 iyul. REPORT.AZ/ Moqadişo aeroportunda baş vermiş partlayışda 13 nəfər həlak olub, 5 nəfər yaralanıb.

"Report" "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil Afrika Birliyinin sülhməramlı bazası yaxınlığında partladılıb.

Telekanalın məlumatına görə, terror hücumuna görə məsuliyyəti üzərinə "Əl-Şabab" terror qruplaşması götürüb.

***10:39

Somalinin paytaxtı Moqadişoda terror hücumu həyata keçirilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, şahidlər güclü partlayış olduğunu və avtomatla atışma səsləri gəldiyini bildirib.

Digər şahidlər aeroportun girişində törədilmiş iki terror aktı barədə məlumat verib.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi