Yuxarı

Somalidə güclü partlayış: beş ölü

Hadisəyə görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb

Bakı. 10 iyul. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişonun mərkəzində güclü partlayış baş verib. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, otellərinin birinin qarşısında partlayıcı ilə dolu avtomobil havaya uçurulub. Nəticədə azı 5 nəfər ölüb.

Hadisəyə görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.

Xatırladaq ki, "Əl-Qaidə" terror şəbəkəsindən maddi dəstək alan “Əş-Şəbab” qruplaşmasının üzvləri bu ilin aprel ayında Garrisa şəhərində universitetə hücum edərək 148 nəfəri qətlə yetirmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi