Somalidə DİN-in qərargahına hücum edən silahlılar məhv edilib - YENİLƏNİB

Somalidə DİN-in qərargahına hücum edən silahlılar məhv edilib - YENİLƏNİB Hücum nəticəsində 10 nəfər həlak olub, daha 20 nəfər yaralanıb
Digər ölkələr
7 İyul , 2018 17:51
Somalidə DİN-in qərargahına hücum edən silahlılar məhv edilib - YENİLƏNİB

Bakı. 7 iyul. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda DİN-in qərargahının silahlılar tərəfindən blokadası aradan qaldırılıb, hücum edənlər məhv edilib. 

"Report" "Garowe Online" nəşrinə istinadən xəbər verir ki, hücum nəticəsində ən azı 10 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.

Həlak olanlar arasında idarənin əməkdaşları və hərbçilər də var.

Polis bildirib ki, hücum edən silahlıdan 3-ü öldürülüb. Hücuma görə məsuliyyəti öz üzərinə radikal "Əş-Şəbab" qruplaşması götürüb.

*** 13:19

Bakı. 7 iyul. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda nəzarət-buraxılış məntəqəsinin yanında güclü partlayış olub, atışma səsləri eşidilir.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Güclü partlayış Sayidka yolayrıcında nəzarət-buraxılış məntəqəsinin yanında baş verib, atışma davam edir", - Garowe Online yerli nəşrin Twitter səhifəsində bildirilir.

Məlumata görə, bir qədər sonra həmin rayonda ikinci partlayış baş verib. Silahlı şəxslər Daxili İşlər Nazirliyinin qərargah binasına hücum ediblər.

Son xəbərlər

Orphus sistemi