Somalidə baş vermiş güclü partlayışda ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

Somalidə baş vermiş güclü partlayışda ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB Yollardan birində işində partlayıcı maddənin olduğu yük maşını partlayıb
Digər ölkələr
14 Oktyabr , 2017 19:13
Somalidə baş vermiş güclü partlayışda ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

Bakı. 14 oktyabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda baş vermiş güclü partlayış zamanı ölənlərin sayı artıb.

"Report" "Sinxua"ya isitnadən xəbər verir ki, hadisə nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb.

Partlayış zamanı daha bir neçə nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, yollardan birində işində partlayıcı maddənin olduğu yük maşını partlayıb. Asayiş keşikçilərinin sözlərinə görə, partlayış yük maşını polis avtomobilini təqib edərkən baş verib.


***18:35

Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayış zamanı 20 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" polisə istinadən xəbər verib.

Bildirilir ki, yollardan birində işində partlayıcı maddənin olduğu yük maşını partlayıb. Hadisə zamanı daha 15 nəfər yaralanıb.

Asayiş keşikçilərinin sözlərinə görə, partlayış yük maşını polis avtomobilini təqib edərkən baş verib.

Son xəbərlər

Orphus sistemi