Somalidə otelə edilən terror hücumunda ölənlərin sayı 10-a yüksəldi

Somalidə otelə edilən terror hücumunda ölənlərin sayı 10-a yüksəldi Somalinin paytaxtı Moqadişoda otellərin birinə edilən terror hücumu nəticəsində 5 nəfər ölüb, xeyli sayda insan yaralanıb.
Digər ölkələr
443
17 Avqust , 2020 02:20
Somalidə otelə edilən terror hücumunda ölənlərin sayı 10-a yüksəldi
0 : 00
0 : 00

Somalinin paytaxtı Moqadişoda otellərin birinə edilən terror hücumu nəticəsində ölənlərin sayı 10-a yüksəlib.

"Report" xəbər verir ki, bu barədə Somali Guardian məlumat yayıb. 

Bildirilir ki, hadisə nəticəsində 30-dan çox insan yaralanıb. Ölən və yaralananlar arasında hökumət rəsmiləri də var. Somali İnformasiya Nazirliyinin sözçüsü İsmayıl Muxtaar Omarın sözlərinə görə, Afrikanın xüsusi təyinatlı qüvvələri bütün yaraqlıları məhv edib.

21:11

Somalinin paytaxtı Moqadişoda otellərin birinə edilən terror hücumu nəticəsində 5 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.

“Gubjug News” xəbər portalı is hadisə nəticəsində 28 nəfərin yaralandığını bildirib. 

Yerli Təhlükəsizlik qüvvələrinin kapitanı Məhəmməd Hüseynin bildirdiyinə görə, “Elite Hotel” binası yaxınlığında maşına quraşdırılmış bomba partladılıb. Bunun ardınca bir qrup silahlı şəxs paytaxt elitası arasında məşhur olan otelə giriblər.

Bildirilir ki ölənlər arasında ölkənin yüksək vəzifəli məmuru da var, ölənlərinin sayının artacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi