Somalidə "Aş-Şabab"ın 10 terrorçusu məhv edilib

Somalidə "Aş-Şabab"ın 10 terrorçusu məhv edilib Somalidə "Aş-Şabab" terror təşkilatının bir neçə döyüşçüsü öldürülüb.
Digər ölkələr
31 Oktyabr , 2021 06:17
Somalidə Aş-Şababın 10 terrorçusu məhv edilib

Somalidə "Aş-Şabab" terror təşkilatının bir neçə döyüşçüsü öldürülüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin milli televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə Muduq əyalətində olub.

Belə ki, Keycad kəndində terrorçuların olduğu avtobusun hərəkət etdiyi yolda partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində 10 terrorçu məhv edilib.

Qeyd edək ki, "Aş-Şabab" terror təşkilatı tez-tez Somalidə hərbçilərə, polis əməkdaşlarına və dinc əhaliyə hücumlar edir.

Son xəbərlər

Orphus sistemi