Somalidə Afrika İttifaqının bazasına hücum nəticəsində 50-dən çox əsgər ölüb

Somalidə Afrika İttifaqının bazasına hücum nəticəsində 50-dən çox əsgər ölüb Radikal “Əl-Şəbab” qruplaşmasının silahlılarının hücumuna məruz qalan Afrika İttifaqının Keçid Missiyasının (AİKM) Somalidəki hərbi bazası uğrunda gedən döyüşlər zamanı 54 Uqanda əsgəri ölüb.
Digər ölkələr
4 İyun , 2023 06:39
Somalidə Afrika İttifaqının bazasına hücum nəticəsində 50-dən çox əsgər ölüb

Radikal “Əl-Şəbab” qruplaşmasının silahlılarının hücumuna məruz qalan Afrika İttifaqının Keçid Missiyasının (AİKM) Somalidəki hərbi bazası uğrunda gedən döyüşlər zamanı 54 Uqanda əsgəri ölüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Uqanda Prezidenti Yoveri Museveni bildirib.

Afrika İttifaqının Somalidəki Keçid Missiyası mayın 26-da ölkənin cənub-qərbindəki hərbi bazasına “Əl-Şəbab” yaraqlılarının hücumuna məruz qaldığını açıqlayıb. Uqanda Xalq Müdafiə Qüvvələri tviterdə Uqanda kontingentinin AİKM bazasında silahlıların hücumuna məruz qaldığını bildirib.

“Mən parlament üzvlərinə Somalidəki insidentlə bağlı məlumat verdim. Əsgərlərimiz yenidən qruplaşıblar, nəticədə baza geri alınıb. Biz komandir də daxil olmaqla, həlak olan 54 əsgərin meyitini aşkar etmişik”, - dövlət başçısı sosial şəbəkədə qeyd edib.

Son xəbərlər

Orphus sistemi