Somalidə 110 nəfər acından ölüb

Somalidə 110 nəfər acından ölüb Bu məlumat ölkənin yalnız Bay regionu üzrədir
Digər ölkələr
4 Mart , 2017 20:45
Somalidə 110 nəfər acından ölüb

Bakı. 4 mart. REPORT.AZ/ Somalinin quraqlıq müşahidə olunan regionunda son 48 saat ərzində ən azı 110 nəfər acından ölüb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Həsən Əli Hayre məlumat yayıb.

Bu, ölkədə çərşənbə axşamı milli fəlakətin elan olunmasından sonra ölənlər barədə açıqlanan ilk məlumatdır. Baş nazir təkcə ölkənin Bay regionu üzrə ölənlərin statistikasını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi