Somali ordusu "Aş-Şabab"ın 37 terrorçusunu məhv edib

Somali ordusu "Aş-Şabab"ın 37 terrorçusunu məhv edib Somali ordusu Mərkəzi Şabel əyalətində “Əş Şabab” terror təşkilatının onlarla silahlısını məhv edib.
Digər ölkələr
217
30 May , 2021 12:56
Somali ordusu Aş-Şababın 37 terrorçusunu məhv edib

Somali ordusu ölkənin Mərkəzi Şabel əyalətində “Aş Şabab” terror təşkilatının onlarla silahlısını məhv edib.

“Report” xəbər verir ki, bu barədə ordunun baş qərargahının tvitterdə yayılmış xəbərində deyilir.

Terrorçulara qarşı əməliyyat Qalka Hararey rayonunda keçirilib.

Əməliyyat zamanı 37 terrorçu məhv edilib, daha 2 silahlı tutulub.

Ordu bir gün əvvəl də bu rayonda analoji əməliyyat keçirib. Əməliyyat zamanı 15 silahlı zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi