Somali İranla diplomatik əlaqələri dayandırıb

Somali İranla diplomatik əlaqələri dayandırıb İranlı diplomatlara ölkəni tərk etməsi üçün 72 saat vaxt verilib
Digər ölkələr
7 Yanvar , 2016 19:39
Somali İranla diplomatik əlaqələri dayandırıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Somali İranla diplomatik əlaqələrin dayandırıldığını bəyan edib. 

"Report"un "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib. 

"Bu addım İranın Somalinin daxili işlərinə daim qarışmasına cavab olaraq atılıb", - deyə Somali XİN-in açıqlamasında qeyd olunub. 

Məlumatda vurğulanıb ki, iranlı diplomatlara ölkəni tərk etməsi üçün 72 saat vaxt verilib.  

Son xəbərlər

Orphus sistemi