Bakı. 28 dekabr. REPORT.AZ/ ABŞ-ın axtarışda olan şəxslər siyahısının başında gələn Zəkəriyyə İsmayıl Əhməd Hersi təslim olunub, Somali rəsmiləri bildirirlər.
"Report" BBC-yə istinadənxəbərverirki, bundan əvvəl Somali hərbçiləri əş-Şəbab liderinin Keniya ilə sərhəd yaxınlığında ələ keçirildiyini bildiriblər.
Gedo rayonunun hakimiyyət nümayəndəsi Zəkəriyyə İsmayıl Əhməd Hersinin gizləndiyi evdə yaxalandığını deyib.
2012-c ildə ABŞ Hersinin tutulmasına kömək edəcək məlumata görə 3 milyon dollarlıq mükafat təsis etmişdir.
Mart ayının əvvəlindən Afrika İttifaqı və hökumət qüvvələrinin irəliləməsi nəticəsində əş-Şəbab təşkilatı Somalinin bir neçə şəhərindən geri çəkilib.
Əş-Şəbab ötən ildən bəri Keniyadakı ticarət mərkəzinə hücumla yanaşı bir neçə ölümcül basqın həyata keçirib.