Almaniya Kansleri Olaf Şolts sağçı qüvvələrin, o cümlədən “Almaniya üçün Alternativ” (AfD) partiyasının Avropa Parlamenti (AP) seçkilərində qazandığı uğurların Ukraynaya gələcək dəstəyin qarşısının alınmasına maneə olacağına inanmır.
“Report” xəbər verir ki, bu barədə o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Vətəndaşların böyük əksəriyyəti Ukraynanın dəstəklənməli olduğuna inanan partiyaları dəstəkləyir. Bu, Almaniyaya da aiddir, bütünlükdə Avropa Parlamentinə də”, - O.Şolts deyib.
Bununla belə, o vurğulayıb ki, ağıllı, ehtiyatlı siyasət həm də Ukraynanı bu gün olduğu kimi geniş miqyasda dəstəkləmək üçün əsasdır.
Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ölkənin 2024-cü il üçün büdcəsində bu məqsədlər üçün 7 milyard avrodan çox vəsait nəzərdə tutulub.