Şolts: "Rusiya ilə NATO arasında birbaşa münaqişəyə səbəb olacaq addımlara yol vermək olmaz"

Şolts: "Rusiya ilə NATO arasında birbaşa münaqişəyə səbəb olacaq addımlara yol vermək olmaz" Almaniyanın kansleri Olaf Şolts Ukraynadakı hadisələrin üçüncü dünya müharibəsinə səbəb ola biləcəyinə inanmır, lakin hesab edir ki, Rusiya ilə NATO arasında birbaşa münaqişəyə səbəb ola biləcək addımlara yol vermək olmaz.
Digər ölkələr
22 oktyabr 2022 08:32
Şolts: Rusiya ilə NATO arasında birbaşa münaqişəyə səbəb olacaq addımlara yol vermək olmaz

Almaniyanın kansleri Olaf Şolts Ukraynadakı hadisələrin Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyinə inanmır, lakin hesab edir ki, Rusiya ilə NATO arasında birbaşa münaqişəyə səbəb ola biləcək addımlara yol vermək olmaz.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.

"Hesab edirəm ki, bu təhlükəni nəzərdən qaçırmamalıyıq. Belə bir təhlükəli vəziyyətdə heç bir düşünülməmiş addım atılmamalıdır. Rusiya ilə NATO arasında birbaşa münaqişə olmamalıdır. Bu məsələdə ABŞ Prezidenti Cozef Bayden ilə eyni fikri bölüşürəm”, - Almaniya hökumətinin başçısı deyib.

O.Şolts Rusiya Prezidenti Vladimir Putinlə danışıqların məzmununu açıqlamaq niyyətində olmadığını da bildirib.

Son xəbərlər

Orphus sistemi