Şolts: "Lazım gəlsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik"

Şolts: "Lazım gəlsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik" "Lazım gələrsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik".
Digər ölkələr
25 Mart , 2022 04:18
Şolts: Lazım gəlsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik
Olaf Şolts

"Lazım gəlsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik".

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Brüsseldə NATO sammitindən sonra bildirib.

Şolts atəşkəs çağırışını təkrarlayaraq deyib: "Rusiya liderini Ukraynada atəşkəsi qəbul etməyə və humanitar dəhliz yaratmağa çağırırıq".

Almaniya hökumət başçısı, həmçinin vurğulayıb ki, enerji idxalının sanksiya paketlərinə daxil edilməməsi düşünülmüş qərardır.

Şolts müharibənin təsirlərinin enerji və ərzaq qiymətlərində də özünü göstərdiyini əlavə edib.

Qeyd edək ki, "Böyük Yeddilik" (G7) ölkələri Rusiyaya qarşı sanksiyalara yenidən baxmağa razılaşıblar.

Son xəbərlər

Orphus sistemi