Almaniya kansleri Olaf Şolts, ABŞ Prezidenti Cozef Bayden və Fransa Prezidenti Emmanuel Makron Ukraynanın ərazi bütövlüyünü qorumaq səylərini zəiflətməmək barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin liderlərin danışıqların yekunlarına görə bəyanatında bildirilir.
Liderlər həmçinin vurğulayıblar ki, Rusiyanın qondarma DXR və LXR-i tanıması cavabsız qalmayacaq.