Şolts: “Almaniya 2023-cü ildə birtərəfli qaydada Ukraynaya tanklar ötürməyəcək”

Şolts: “Almaniya 2023-cü ildə birtərəfli qaydada Ukraynaya tanklar ötürməyəcək” Almaniya birtərəfli qaydada Qərb tipli tankları Ukraynaya ötürməyəcək.
Digər ölkələr
17 Dekabr , 2022 22:16
Şolts: “Almaniya 2023-cü ildə birtərəfli qaydada Ukraynaya tanklar ötürməyəcək”

Almaniya birtərəfli qaydada Qərb tipli tankları Ukraynaya ötürməyəcək.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın kansleri Olaf Şolts “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.

Şolts vurğulayıb ki, istənilən silahın Ukraynaya verilməsi ehtiyatla diktə edilir:

“Birincisi, biz Ukraynanı bacardığımız dərəcədə dəstəkləyirik. İkincisi, NATO ilə Rusiya arasında birbaşa qarşıdurmanın qarşısını alırıq. Üçüncüsü, Almaniya tərəfindən heç bir təktərəfli fəaliyyət olmayacaq. Bu bizim qətiyyətli, lakin ehtiyatlı siyasətimizdir – bu, gələn il də qüvvədə qalacaq. Mənim təəssüratım odur ki, almanların böyük əksəriyyəti bunu düzgün addım sayır”.

Şolts həmçinin bildirib ki, Almaniya Ukraynanın ən böyük dəstəkçilərindən biridir və artıq Ukrayna Silahlı Qüvvələrinə müasir silahlar, o cümlədən “Panzerhaubitze 2000” özüyeriyən haubitsalar, RYAS, “Gepard” zenit qurğuları və ən yeni “Iris-T” hava hücumundan müdafiə sistemləri ötürür.

Son xəbərlər

Orphus sistemi