"Qərb ölkələri münaqişə bitdikdən sonra Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır".
"Report" xəbər verir ki, bunu "CNN" telekanalına müsahibəsində Almaniya kansleri Olaf Şolts deyib.
“Biz sülhün bərqərar olmasından sonra ölkə üçün müəyyən təhlükəsizlik təminatları təşkil etməyə hazırıq" - deyə, o bildirib.