Solomon adasında 5,9 bal gücündə zəlzələ olub

Solomon adasında 5,9 bal gücündə zəlzələ olub Dağıntı və ya tələfat barəsində məlumat yoxdur
Digər ölkələr
4 Mart , 2017 07:36
Solomon adasında 5,9 bal gücündə zəlzələ olub

Bakı. 4 mart. REPORT.AZ/ Solomon adası sahillərində 5,9 bal gücündə zəlzələ olub.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" ABŞ-ın Geologiya Xidmətinə istinadən xəbər verib.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 2:58-də Buqenvil adası yaxınlığında qeydə alınıb. 

Zəlzələ ocağı 53,7 kilometr dərinlikdə yerləşib.

Hələlik dağıntı və ya tələfat barəsində məlumat yoxdur. 

Son xəbərlər

Orphus sistemi