Sloveniyada prezident seçkilərinin ikinci turu başlayıb

Sloveniyada prezident seçkilərinin ikinci turu başlayıb Dövlət başçısı vəzifəsi uğrunda Borut Paxor və Maryan Şareç mübarizə aparırlar
Digər ölkələr
12 Noyabr , 2017 10:27
Sloveniyada prezident seçkilərinin ikinci turu başlayıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Sloveniyada prezident seçkilərinin ikinci turu başlayıb.

"Report" "Slovenska Tiskovna Agencija"ya istinadən xəbər verir ki, bu gün seçki məntəqələrində səsvermələrə start verilib.

Qeyd edilir ki, ölkənin 3,2 min seçki məntəqəsi bazar günü seçkilərlə əlaqədar fəaliyyət göstərəcək. Dövlət başçısı seçilmək uğrunda hazırkı prezident Borut Paxor və Kamnik şəhərinin meri Maryan Şareç mübarizə aparırlar.

Sloveniyada prezident seçkilərinin birinci turu oktyabrın 22-də keçirilib.

Son xəbərlər

Orphus sistemi