Sloveniyada meymunçiçəyinə ikinci yoluxma qeydə alınıb

Sloveniyada meymunçiçəyinə ikinci yoluxma qeydə alınıb Sloveniyalı həkimlər ölkədə meymunçiçəyi xəstəliyinə ikinci yoluxma faktını qeydə alıblar.
Digər ölkələr
26 May , 2022 04:39
Sloveniyada meymunçiçəyinə ikinci yoluxma qeydə alınıb

Sloveniyalı həkimlər ölkədə meymunçiçəyi xəstəliyinə ikinci yoluxma faktını qeydə alıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Virus İspaniyadan gələn şəxsdə aşkarlanıb. Hazırda epidemioloji araşdırma aparılır.

Ölkədə ilk yoluxma mayın 24-də Kanar adalarından qayıdan şəxsdə tapılıb.

Aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində yayılan meymunçiçəyi virusu digər qitələrdə də aşkarlanıb. Son zamanlar, xüsusilə, Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveçdə yoluxma halları qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi