Sloveniyanın səlahiyyətli orqanları qaçqın axınının əhəmiyyətli dərəcədə artması ilə əlaqədar Xorvatiya ilə sərhəddə nəzarəti gücləndirir.
“Report” xəbər verir ki, bu barədə
Bildirilib ki, bəzi sərhəd keçidlərinin arxasında nəzarət-buraxılış məntəqələri qurulub. Eyni zamanda polis qonşu respublika ilə sərhəd nəzarətinin bərpasından söhbət getdiyini təkzib edib. Sloveniyanın hüquq-mühafizə orqanları qeyd edib ki, dövlət yalnız miqrantların gəldiyi dəhlizlərə polis nəzarətini gücləndirir.
Sentyabrın 19-da agentlik xəbər verib ki, Sloveniya polisi 2023-cü ilin səkkiz ayı ərzində 36 137 sərhədi qanunsuz keçmə cəhdi qeydə alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Söhbət 9 755 halda Əfqanıstan, 5 605-də Mərakeş vətəndaşlarından gedir. Pakistan vətəndaşları 3 771 dəfə, Banqladeş vətəndaşları 2 956 dəfə, Rusiya vətəndaşları isə 2 419 dəfə Sloveniya sərhədini qanunsuz keçməyə cəhd ediblər. Ən çox pozuntu halları Novo-Mesto bələdiyyəsinin polis qərargahının ərazisində baş verib. Bütün pozuntuların, demək olar, 76 %-i orada qeydə alınıb.