“Kiyevin NATO-ya tam üzvlüyü hazırda mümkün deyil, lakin Ukrayna gələcəkdə NATO-ya daxil olacaq”.
“Report” xəbər verir ki, bu fikri Sloveniyanın xarici işlər naziri Tanya Fajon vurğulayıb.
“Hesab edirəm ki, hazırda şərait tamhüquqlu üzvlük üçün hələ yetişməyib. Lakin məsələ Ukraynanın NATO-ya üzv olub-olmayacağı deyil, məsələ nə vaxtdır. Bu, dönməz prosesdir”, - deyə, o bildirib.
Nazir həmçinin Qərbi Balkanların strateji əhəmiyyətini və NATO-nun yeni rəhbərliyi altında regiona diqqətin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, alyansın yeni baş katibi Mark Rutteni mümkün qədər tez Balkanlara səfər etməyə çağırıb.