Sloveniya bəzi ölkələrdən gələnlər üçün karantin tətbiq edir

Sloveniya bəzi ölkələrdən gələnlər üçün karantin tətbiq edir Sloveniya hökuməti epidemioloji vəziyyətin pisləşdiyi ölkələrdən gələnlər üçün bu gündən etibarən 14 günlük icbari karantin qaydası tətbiq edir.
Digər ölkələr
13 İyun , 2020 12:58
Sloveniya bəzi ölkələrdən gələnlər üçün karantin tətbiq edir

Sloveniya hökuməti epidemioloji vəziyyətin pisləşdiyi ölkələrdən gələnlər üçün bu gündən etibarən 14 günlük icbari karantin qaydası tətbiq edir.

“Report” hökumətin saytına istinadən xəbər verir ki, bu barədə qərar ölkənin Nazirlər Kabinetinin növbəti iclasında verilib.

Milli İctimai Sağlamlıq İnstitunun məlumatlarına əsasən, tətbiq edilən epidemioloji cəhətdən təhlükəli ölkələr siyahısına ABŞ, Andorra, Bəhreyn, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Boliviya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Çili, Dcibuti, Dominikan Respublikası, Ermənistan, İran, İsveç, Küveyt, Qabon, Qətər, Maldivlər Respublikası, Moldova, Oman, Panama, Peru, Rusiya, San-Marino, San-Tome və Prinsipi, Səudiyyə Ərəbistanı, Sinqapur və Şimali Makedoniya yer alıb.

Koronavirusa ilk yoluxmanın 4 mart tarixində qeydə alındığı Sloveniyada bütövlükdə 1 488 nəfər yoluxub, bunlardan 109 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi