Slovakiyanın Baş naziri: “Putinin növbəti hədəfi bizik”

Slovakiyanın Baş naziri: “Putinin növbəti hədəfi bizik” “Ukrayna uğursuzluğa düçar olarsa, növbəti Slovakiya olacaq... Onlar (Ukrayna – red.) qalib gəlməlidirlər”
Digər ölkələr
25 May , 2022 17:29
Slovakiyanın Baş naziri: “Putinin növbəti hədəfi bizik”
Eduard Heger

“Ukrayna uğursuzluğa düçar olarsa, növbəti Slovakiya olacaq... Onlar (Ukrayna – red.) qalib gəlməlidirlər”.

“Report” CNN-ə istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Eduard Heger Davos İqtisadi Forumunda söyləyib.

Avropa İttifaqı üzvlərini tənqid edən Baş nazir onları Rusiya neftinə çox arxalanmaqda günahlandırıb. O, liderləri Rusiya ilə güzəştə getməməyə çağırıb:

“Biz çox uzun müddət öz dəyərlərimizi ucuz qaz və neftə dəyişmişik. Putinlə kompromis Ukraynada müharibəyə səbəb olub. Təcavüzkar müharibə, insanlar ölür. Ukraynalılar dəyərlərimiz üçün qan tökürlər”.

Son xəbərlər

Orphus sistemi