Bakı. 18 oktyabr. REPORT.AZ/ Slovakiyanın baş naziri Robert Fitso Suriyada “İraq-Şam İslam Dövləti” terror qruplaşmasına (İŞİD) qarşı mübarizədə Rusiya və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın öz fəaliyyətini əlaqələndirməyə çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, şənbə günü Slovakiya radiosuna müsahibəsində bildirib.
"Ən ağlabatan Suriya ərazisində İŞİD-in hədəfləri üzrə zərbələri əlaqələndirmək olar ", - deyə o bəyan edib.
Fitsonun sözlərinə görə, Qərb koalisiyası Rusiya ilə səmərəli əməkdaşlıq qurmalı və onun ünvanına ittihamlardan əl çəkməlidir. O əlavə edib ki, İŞİD-lə danışıqlar yolu ilə razılığa gəlmək mümkün deyil, terrorçunu yalnız güc ilə dayandırmaq olar.
Robert Fitso hesab edir ki, İŞİD-lə mübarizədə Suriya prezidenti Bəşər Əsəd mühüm rol oynayır.
"Əsədsiz Suriyada daxili siyasi vəziyyəti yoluna qoymaq və İŞİD-lə səmərəli mübarizə aparmaq olmaz. Bu terror qruplaşması indi daha çox təhlükəlidir", - deyə Slovakiya hökumətinin başçısı bildirib.