Slovakiyada yük qatarından 11 uşaq aşkarlanıb

Slovakiyada yük qatarından 11 uşaq aşkarlanıb Slovakiyanın Dunay-Streda şəhərində yük qatarında Əfqanıstan və Pakistandan olan yetkin yaşlıların müşayiət etmədiyi 11 azyaşlı uşaq aşkarlanıb.
Digər ölkələr
28 oktyabr 2019 13:44
Slovakiyada yük qatarından 11 uşaq aşkarlanıb

Slovakiyanın Dunay-Streda şəhərində yük qatarında Əfqanıstan və Pakistandan olan yetkin yaşlıların müşayiət etmədiyi 11 azyaşlı uşaq aşkarlanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsinin əməkdaşı Denis Bardiov bildirib.

Onun sözlərinə görə, qatar Serbiyadan Slovakiyaya gəlib: “Onların 9-u Əfqanıstandan, 2-si isə Pakistandandır. Uşaqlar əvvəlcə qeyri-insanı şəraitdə yük qatarının vaqonunda Serbiyanın Subotisa şəhərinə, Macarıstan ərazisindən Slovakiyaya uzun yol qət ediblər”.

Hadisə ilə bağlı araşdırma aparılır. Polis onları azyaşlı uşaqların saxlanıldığı müəssisəyə yerləşdirib.

Son xəbərlər

Orphus sistemi