Slovakiyada vertolyot qəzaya uğrayıb

Slovakiyada vertolyot qəzaya uğrayıb Hava gəmisində iki nəfər olub
Digər ölkələr
7 aprel 2018 20:26
Slovakiyada vertolyot qəzaya uğrayıb

Bakı. 8 aprel. REPORT.AZ/ Slovakiyanın şimal-şərqində yerləşən Spişska-Nova-Ves aerodromu yaxınlığında vertolyot qəzaya uğrayıb.

“Report” xəbər verir ki, hava gəmisində iki nəfər olub. Nəticədə 56 yaşlı kişi və 42 yaşlı qadın xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur.

Qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi