Slovakiyada təyyarə qəzaya uğrayıb: ölən və yaralananlar var

Slovakiyada təyyarə qəzaya uğrayıb: ölən və yaralananlar var Qəza nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb
Digər ölkələr
18 Sentyabr , 2017 08:19
Slovakiyada təyyarə qəzaya uğrayıb: ölən və yaralananlar var

Bakı. 18 sentyabr. REPORT.AZ/ Slovakiyanın qərbində birmühərrikli təyyarə qəzaya urğayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin təcili yardım xidmətinin nümayəndəsi Yozef Minar məlumat yayıb.

Onun sözlərinə görə, hadisə Previdza şəhərində aerodromda açıq qapı günü çərçivəsində, aviauçuşların nümayişi zamanı olub. Seyrçilərin gözləri qarşısında kənd təsərrüfatı aviasiyasının "Zlin Z-37 Gmelak" təyyarəsi qəzaya uğrayıb.

Qəza nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi