Slovakiyada təyyarə qəzaya uğrayıb, bir nəfər ölüb

Slovakiyada təyyarə qəzaya uğrayıb, bir nəfər ölüb İki nəfər ağır yaralanıb
Digər ölkələr
16 Sentyabr , 2017 20:48
Slovakiyada təyyarə qəzaya uğrayıb, bir nəfər ölüb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Şənbə günü Slovakiyanın Pryevidza şəhərindəki aerodromunda "Zlín Z-37 Čmelák" tipli birmühərrikli təyyarə nümunəvi çıxışlar zamanı qəzaya uğrayıb. Nəticədə bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə respublikanın "təcili yardım" xidmətinin nümayəndəsi Yozef Minar məlumat verib.

Hadisə yerli aerodromda açıq qapı günü çərçivəsində nümunəvi aviauçuşlar zamanı tamaşaçıların gözü qarşısında baş verib.

Son xəbərlər

Orphus sistemi