Slovakiyada sabiq baş nazirlə keçmiş daxili işlər naziri arasında dava düşüb

Slovakiyada sabiq baş nazirlə keçmiş daxili işlər naziri arasında dava düşüb Slovakiya hökumətinin keçmiş rəhbəri İqor Matoviç və ölkənin keçmiş daxili işlər naziri Robert Kalinyak Bratislavanın mərkəzində Nazirlər Kabinetinin binası qarşısında dava ediblər.
Digər ölkələr
14 Sentyabr , 2023 04:18
Slovakiyada sabiq baş nazirlə keçmiş daxili işlər naziri arasında dava düşüb

Slovakiya hökumətinin keçmiş rəhbəri İqor Matoviç və ölkənin keçmiş daxili işlər naziri Robert Kalinyak Bratislavanın mərkəzində Nazirlər Kabinetinin binası qarşısında dava ediblər.

“Report” xəbər verir ki, siyasətçilər arasında toqquşma immiqrasiya məsələləri ilə bağlı açıq havada keçirilən mətbuat konfransı zamanı baş verib.

Sabiq baş nazir səsgücləndiricilərlə təchiz olunmuş avtomobillə tədbirin keçirildiyi yerə qədər gəlib. Jurnalistlərlə görüş iştirakçılarının çıxışlarını kəsən Matoviç rəqiblərini, əsasən də Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Kalinyakı kəskin tənqid edib.

Kalinyak tərəfdarları ilə avtomobilə yaxınlaşaraq eks-baş nazirin əlindən mikrofonunu almağa çalışıb. Bu zaman Kalinyan onun üzünə zərbələr endirib. Matoviç Daxili İşlər Nazirliyinin keçmiş rəhbərinə sinəsinə təpik zərbəsi ilə cavab verib. Siyasətçiləri yaxınlıqdakı polis ayırmalı olub. Keçmiş baş nazir daha sonra hadisə yerini tərk edib.

Son xəbərlər

Orphus sistemi