Slovakiyada nazirlər COVID-19-a yoluxdular

Slovakiyada nazirlər COVID-19-a yoluxdular Slovakiyanın baş naziri İqor Matoviç koronavirusa yoluxub.
Digər ölkələr
273
19 Dekabr , 2020 03:24
Slovakiyada nazirlər COVID-19-a yoluxdular

Slovakiyanın baş naziri İqor Matoviç koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə “Aktuality.sk” nəşri məlumat yayıb.

Bildirilir ki, Matoviç koronavirus testindən keçib, analizlərin nəticəsi müsbət olub. Nəşrin məlumatına əsasən, siyasətçi özünü evdə təcrid edib.

Virus testlərinin müsbət nəticələrini həmçinin Kənd təsərrüfatı naziri Yan Miçovski alıb. Eyni zamanda Ətraf mühitin mühafizəsi naziri Yan Budayın da COVID-19-a yoluxduğu məlum olub. Onlar evdə işləyirlər və xüsusi halda Nazirlər Kabinetinin iclaslarında məsafəli rejimdə iştirak edirlər.

Qeyd edək ki, 5,5 milyon əhaliyə malik Slovakiyada pandemiya ərzində koronavirusa 146 124 nəfər yoluxub, 1 440 insan infeksiyanın qurbanı olub.

Son xəbərlər

Orphus sistemi