​Slovakiyada kütləvi aksiya zamanı 140 nəfər saxlanılıb - VİDEO

​Slovakiyada kütləvi aksiya zamanı 140 nəfər saxlanılıb - VİDEO Üç hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb
Digər ölkələr
22 İyun , 2015 04:25
​Slovakiyada kütləvi aksiya zamanı 140 nəfər saxlanılıb - VİDEO

Bakı. 22 İyun. REPORT.AZ/ Slovakiyada Avropa Komissiyasının miqrasiya siyasətinə etiraz əlaməti olaraq minlərlə insan paytaxt küçələrinə axışıb.

"Report" xəbər verir ki, sənədə əsasən, Slovakiya iki il ərzində təqribən 800 miqrant qəbul etməlidir.

Qeyd olunur ki, nümayiş zamanı aksiya iştirakçıları polis əməkdaşları ilə qarşıdurma yaradıb, təqribən 140 nəfər saxlanılıb, üç polis əməkdaşı yaralanıb.

Slovakiya, həmçinin Fransa, Macarıstan və Polşa Avropa Komissiyasının İtaliya və Yunanıstanda olan 40 min miqrantın Avropa İttifaqı ölkələri arasında bölüşdürülməsi üzrə təklif etdiyi plana qarşı çıxıblar.

Son xəbərlər

Orphus sistemi