Slovakiya hökuməti ötən ilin noyabrın 25-də koronavirusa görə respublikada tətbiq edilmiş fövqəladə vəziyyəti fevralın 22-dən ləğv etməyi planlaşdırır.
“Report” xəbər verir ki, Slovakiyada əksər sosial məhdudiyyətlər fevralın 28-dən ləğv ediləcək. Bu barədə respublikanın baş naziri Eduard Heqer məlumat verib.
Fevralın 28-dən sonra ölkədə yalnız kütləvi tədbirlərdə iştirak edənlərin sayına məhdudiyyətlər və tibbi maska taxmaq öhdəliyi tətbiq ediləcək. Martın sonunda kütləvi tədbirlərdə iştirakçıların sayına qoyulan məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır.