Slovakiyada koronavirus qurbanlarına abidə ucaldılacaq

Slovakiyada koronavirus qurbanlarına abidə ucaldılacaq Slovakiyada COVID-19 pandemiyasının qurbanlarına abidə ucaldılacaq.
Digər ölkələr
13 Dekabr , 2022 06:58
Slovakiyada koronavirus qurbanlarına abidə ucaldılacaq

Slovakiyada COVID-19 pandemiyasının qurbanlarına abidə ucaldılacaq.

"Report" xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.

Abidə Slovakiyanın paytaxtı Bratislavada ucaldılacaq. Onun yerləşdirilməsi üçün paytaxtın şimal-şərqində Rujinovski gölünün ətrafındakı ərazi nəzərdə tutulub. Bu abidə vətəndaşların və təşkilatların ianələri hesabına ucaldılacaq.

Xatırladaq ki, təxminən 5,5 milyon əhalisi olan Slovakiyada COVID-19 pandemiyası zamanı 20,000-dən çox insan həyatını itirib.

Son xəbərlər

Orphus sistemi