Yuxarı

Slovakiya Aİ-nin növbədənkənar sammitinin keçirilməsini istəyir

Rəsmi Bratislava Avropa İttifaqının sərhədlərinin möhkəmləndirilməsi işinin sürətləndirilməsini istəyəcək

Bakı. 8 yanvar. REPORT.AZ/ Almaniyanın Köln şəhərində yaşanan insidentlər Avropa İttifaqının növbədənkənar sammitində müzakirə olunmalıdır.

"Report" "Gazeta.Ru"ya istinadən xəbər verir ki, bu çağırışı Slovakiyanın baş naziri Robert Fitso səsləndirib.

Onun sözlərinə görə, rəsmi Bratislava Avropa Şurası və Avropa Komissiyasına müraciət edərək Avropa İttifaqının sərhədlərinin möhkəmləndirilməsi istiqamətində aparılan işlərin sürətləndirilməsini istəyəcək.

Qeyd edək ki, Almaniya polisi Köln şəhərində miqrantların qadınlara qarşı cinsi zəmində hücumlarına dair iddiaları araşdırır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi