Skripalın həkimləri onun və qızının sağalacağına inanmayıblar

Skripalın həkimləri onun və qızının sağalacağına inanmayıblar Bakı. 29 may. REPORT.AZ/ Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey və qızı Yuliya Skripalın həkimləri pasiyentlərinin Britaniyada, Solsberidə zəhərlənməsindən sonra sağ qalacağına inanmayıblar.
Digər ölkələr
29 May , 2018 06:20
Skripalın həkimləri onun və qızının sağalacağına inanmayıblar

Bakı. 29 may. REPORT.AZ/ Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey və qızı Yuliya Skripalın həkimləri pasiyentlərinin Britaniyada, Solsberidə zəhərlənməsindən sonra sağ qalacağına inanmayıblar.

"Report" xəbər verir ki, bu barədə həkimlər "BBC"-ə bildiriblər.

"Biz ilk dəfə bunun əsəb-iflic zəhərlənməsi olduğunu bildikdə onların sağalmayacağını düşündük. Bütün müalicə metodlarından istifadə etdik", - deyə Solsberidəki İntensiv Terapiya Xəstəxanasının həkimi Stiven Cuks "The Telegraph"a bildirib.

Onun sözlərinə görə, həkimlər zərərçəkənlərə ən yaxşı tibbi yardım göstəriblər. Lakin hər şey Skripalların sağalmayacağını göstərib.

Daha əvvəl Yuliya Skripal zəhərlənmədən sonra ilk dəfə videomüraciət yayıb.

Son xəbərlər

Orphus sistemi