Siyasi böhran fonunda minlərlə adam Venesueladan qaçır

Siyasi böhran fonunda minlərlə adam Venesueladan qaçır Bakı. 28 yanvar. REPORT.AZ/ Minlərlə Venesuela vətəndaşı siyasi böhran fonunda ölkəni tərk etmək məcburiyyətində qalıb.
Digər ölkələr
28 Yanvar , 2019 14:24
Siyasi böhran fonunda minlərlə adam Venesueladan qaçır

Bakı. 28 yanvar. REPORT.AZ/ Minlərlə Venesuela vətəndaşı siyasi böhran fonunda ölkəni tərk etmək məcburiyyətində qalıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Venesuelada yaşayanların bəziləri Kolumbiya ilə sərhədi qeyri-qanuni yolla, əllərində heç bir sənəd olmadan keçirlər.

İnsanlar ölkəni yalnız dərin siyasi böhrana görə yox, həm də humanitar böhran səbəbi ilə tərk edirlər.

Qaçqınların sözlərinə görə, insanlar yeməyə bir şey tapmadığından ailələrini və evlərini atıb qaçırlar.

Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi