Quaydo Maduroyla danışıqlar aparmaqdan imtina edib

Quaydo Maduroyla danışıqlar aparmaqdan imtina edib Bakı. 26 yanvar. REPORT.AZ/ Venesuela Milli Məclisinin spikeri, özünü ölkənin müvəqqəti prezidenti elan etmiş Xuan Quaydo bildirib ki, o, hazırkı dövlət başçısı Nikolas Maduroyla dialoqa getmək niyyətində deyil.
Digər ölkələr
26 Yanvar , 2019 07:21
Quaydo Maduroyla danışıqlar aparmaqdan imtina edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Venesuela Milli Məclisinin spikeri, özünü ölkənin müvəqqəti prezidenti elan etmiş Xuan Quaydo bildirib ki, o, hazırkı dövlət başçısı Nikolas Maduroyla dialoqa getmək niyyətində deyil.

"Report" "24 Horas" telekanalına istinadən xəbər verir ki, bu barədə siyasətçi mətbuat konfransında elan edib.

"Mən münaqişənin həllini istəyirdim, amma rejim bununla ələ salmağa qərar verdi. Mən rejimə həm də sülhü aydın anlatmaq istəyirəm - heç kim saxta dialoqa getməyəcək", - deyə o qeyd edib. 

Quaydo həmçinin "qəsb edilmələr"in dayandırılmasının, Venesuelada "keçid hökuməti" təyinatlarının və "azad seçkilər" keçirilməsinin zəruri olduğunu bildirib. 

Daha əvvəl ABŞ-ın dövlət katibi Maykl PompeoVenesuela prezidenti Nikolas Maduronu hakimiyyəti ölkə parlamentinin lideri Xuan Quaydoya təhvil verməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi