Sintszyan-Uyğur Muxtar Rayonunda terror aktı törədilib, 2 nəfər ölüb

Sintszyan-Uyğur Muxtar Rayonunda terror aktı törədilib, 2 nəfər ölüb Üç nəfər Çin Kommunist Partiyasının yerli komitəsinin binasını partlatmaq istəyib
Digər ölkələr
29 Dekabr , 2016 10:12
Sintszyan-Uyğur Muxtar Rayonunda terror aktı törədilib, 2 nəfər ölüb

Bakı. 29 dekabr. REPORT.AZ/ Çin Kommunist Partiyası Sintszyan-Uyğur Muxtar Rayon təşkilatının binası qarşısında törədilən terror atkı nəticəsində iki nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı ölkənin İctimai Təhlükəsizlik Nazirliyi yayıb. 

Məlumata görə, üç nəfər Çin Kommunist Partiyasının yerli komitəsinin binasını partlatmaq istəyib.

Qeyd edək ki, bu muxtar rayon uyğur müsəlman-türklərinin ata-baba yurdlarıdır. Çin mərkəzi hakimiyyəti bölgəyə xaanları yerləşdirməklə Uyğurstanda etnik tarazlığı həmin millətin xeyirinə dəyişməyə çalışır. Milli haqlarının təmin olunmasını istəyən uyğurlara təzyiqləri artırmaq üçün rəsmi Pekin uyğurları terrorçu kimi dünyaya təqdim etməyə cəhd göstərir. 

Son xəbərlər

Orphus sistemi