Sinqapurda koronavirusa yoluxanların sayı 45-ə çatdı

Sinqapurda koronavirusa yoluxanların sayı 45-ə çatdı Sinqapurda yeni növ koronavirusa yoluxma üzrə daha iki hal təsdiqlənib. Bununla da ölkədə bu virusa yoluxanların sayı 45 nəfərə çatıb.
Digər ölkələr
10 Fevral , 2020 17:38
Sinqapurda koronavirusa yoluxanların sayı 45-ə çatdı

Sinqapurda yeni növ koronavirusa yoluxma üzrə daha iki hal təsdiqlənib. Bununla da ölkədə bu virusa yoluxanların sayı 45 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Sinqapurun Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata görə, 7 nəfər müalicə kursunu müvəffəqiyyətlə başa vuraraq Milli Yoluxucu Xəstəliklər Mərkəzindən evə buraxılıb, ağır vəziyyətdə olanların sayı isə 7 nəfərə çatıb.

Qeyd edək ki, Sinqapur hökuməti fevralın 7-də epidemioloji təhlükə səviyyəsini pandemiyanın elan edilməsindən əvvəlki səviyyəyə qədər qaldırıb. Bu, bəzi hallarda mütəxəssislərin yoluxma mənbəyini təyin edə bilməmələri ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi