Sinqapurda koronavirusa yoluxanların sayı 17 mini ötdü

Sinqapurda koronavirusa yoluxanların sayı 17 mini ötdü Sinqapurda son sutkada daha 932 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
1 May , 2020 13:38
Sinqapurda koronavirusa yoluxanların sayı 17 mini ötdü

Sinqapurda son sutkada daha 932 nəfər koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Sinqapurun Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Sinqapur üzrə infeksiyaya yoluxanların ümumi sayı 17 mindən çoxdur. Koronavirus qurbanlarının sayı isə 11 nəfərdir.

İnfeksiya daşıyıcılarının əksəriyyəti yataqxanada yaşayan xarici ölkələrin vətəndaşlarıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 320 000-i ötüb. Bunların 1 049 260 nəfəri sağalıb, 234 393 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi