Sinqapur uşaqlar üçün ən rahat ölkədir

Sinqapur uşaqlar üçün ən rahat ölkədir Dünyanın 176 dövlət və ərazi arasında uşaqların böyüməsi, tərbiyəsi üçün ən əlverişlisi Sinqapurdur.
Digər ölkələr
29 May , 2019 12:55
Sinqapur uşaqlar üçün ən rahat ölkədir

Dünyanın 176 dövlət və ərazi arasında uşaqların böyüməsi, tərbiyəsi üçün ən əlverişlisi Sinqapurdur.

“Report” “The Strait Times”a istinadən xəbər verir ki, bunu “Save The Children” qeyri-hökumət xeyriyyə təşkilatının keçirdiyi araşdırmanın nəticələri ortaya çıxarıb.

Belə ki, həmin ölkə uşaqların ölüm faizi, təhsil imkanları, qidalanma, uşaq əməyi, uşaqlar arasındakı nikahlar, erkən hamiləlik, münaqişələr üzündən köçkünlük, uşaq cinayətkarlığı kimi 8 göstərici nəzərə alınmaqla tərtib olunmuş “End of Chilhood İndex” (uşaqlığın sonu indeksi) adlı indeksin 1000 xallıq cədvəli ilə 989 xala malikdir.

Sinqapurda uşaq ölümünə dair 2017-ci ilin məlumatına görə, hər 1000 doğulan körpədən 2,8 ölən, uşaq cinayətkarlığına dair 2016-cı ilin məlumatına görə isə 19 yaşınadək hər 100 min nəfərdən 0,1 ölüm faktı qeydə alınıb.

Reytinqin top-10-da ardıcıllıqla İsveç, Finlandiya, Norveç, Sloveniya, Almaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika yer alıb.

Uşaqların yaşaması baxımdan dünyanın üç ən əlverişsiz ölkəsi (174-176-cı yerlər) isə Çad, Niger, Mərkəzi Afrika Respublikası hesab edilib.

Son xəbərlər

Orphus sistemi