Sinqapur hava limanında eniş zamanı "Boeing 777" alovlanıb

Sinqapur hava limanında eniş zamanı "Boeing 777" alovlanıb Təyyarədə olan 222 sərnişin və 19 ekipaj üzvü xəsarət almayıb
Digər ölkələr
27 İyun , 2016 10:23
Sinqapur hava limanında eniş zamanı Boeing 777 alovlanıb

Bakı. 27 iyun. REPORT.AZ/ "Singapore Airlines" aviaşirkətinə məxsus "Boeing 777" sərnişin təyyarəsi mühərrikində yaranan problemlər səbəbindən qayıtmağa məcbur olduğu Çanqi hava limanında təcili eniş zamanı alovlanıb.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir. 

Təyyarədə olan 222 sərnişin və 19 ekipaj üzvü hadisə nəticəsində xəsarət almayıb. Alovlanan mühərrik Sinqapur hava limanının fövqəladə xidmət əməkdaşları tərəfindən söndürülüb.

"Singapore Airlines" aviaşirkətinin təyyarəsi səhər tezdən Sinqapurdan Milana uçub, lakin iki saatdan sonra heyət üzvləri mühərrikdə baş verən nasazlıqdan xəbər tutub və havaya qalxdıqları hava limanına geri qayıtmaq qərarına gəlib. 

Son xəbərlər

Orphus sistemi