Sindzo Abe Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb

Sindzo Abe Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb Bakı. 16 fevral. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe ölkə adından ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb.
Digər ölkələr
16 Fevral , 2019 02:51
Sindzo Abe Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb

Bakı. 16 fevral. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe ölkə adından ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Trampın sözlərinə görə, o, bu barədə Abenin özü vasitəsilə məlumatlanıb. Yaponiyanın baş naziri bildirib ki, Trampın Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında sülhü qaydaya salması ilə bağlı əməyini qeyd etməyə dəyər.

"Yaponlar məhz Vaşinqtonun hərəkətləri nəticəsində özlərini təhlükəsizlik şəraitində hiss edirlər. Əvvəllər adanın üstündə raketlər uçurdu və sirenalar səslənirdi, amma indi hər şey bitib, onlar özlərini təhlükəsiz şəraitdə hiss edirlər", - deyə Tramp qeyd edib.

Xatırladaq ki, daha əvvəl Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti Kim Çen Inla Donald Tramp arasında keçiriləcək sammitə hazırlıqla əlaqədar Hanoya yola düşüb.

Son xəbərlər

Orphus sistemi