Yuxarı

​Sinay yarımadasına hücum nəticəsində 25 nəfər öldürülüb

Ölənlərin əksəriyyəti Misir əsgərləridir

Bakı. 30 yanvar. REPORT.AZ/ Sinay yarımadasının Əl-Ariş şəhərinə terrorçu hücumu nəticəsində 25 nəfər ölüb.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti Misir əsgərləridir.

Qeyd olunur ki, partlayışlardan biri maşına qoyulan bombanın işə salınması nəticəsində reallaşdırılıb.

Yaraqlılar, həmçinin şəhəri raket atəşinə tutublar.

Hücum nəticəsində hərbi baza, polis qərargahı və hərbçilərin yaşayış kompleksi zərər çəkib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi