Sinay yarımadasında baş vermiş partlayış zamanı 5 Misir hərbçisi həlak olub

Sinay yarımadasında baş vermiş partlayış zamanı 5 Misir hərbçisi həlak olub "Mansheet" portalı isə 9 hərbçinin öldüyünü bildirir
Digər ölkələr
1 Oktyabr , 2016 20:35
Sinay yarımadasında baş vermiş partlayış zamanı 5 Misir hərbçisi həlak olub

Bakı. 1 oktyabr. REPORT.AZ/ Sinay yarımadasının şimalında, El-Ariş şəhərindən cənubda fuqas mərmisinin partlaması nəticəsində Misirin beş hərbi qulluqçusu həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı Misirin təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Hələlik hadisəni təfərrüatları barədə ətraflı məlumat verilmir. 

"Mansheet" portalı isə partlayış zamanl 9 hərbçinin öldüyünü bildirib. Məlumata görə, onlar ağır vəziyyətdə hospitala yerləşdiriliblər və orada ölüblər. 

Son xəbərlər

Orphus sistemi